Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Mərkəzi Bankın təlimlərində iştirak etdilər
SDU-nun əməkdaşları Mərkəzi Bankın təlimlərində iştirak etdilər
Azərbaycan Respublikasının Mərkəzi Bankı ali təhsil müəssisələrinin əməkdaşları üçün  26‒29 aprel 2022-ci il tarixlərində “Maliyyə  savadlılığı” mövzusunda maarifləndirmə təlimi keçirdi.
Təlim müddətində Mərkəzi  Bankın  İstehlakçılarla İş Departamentinin Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyyə Qaralova tərəfindən “İzafi borclanma”, “Sığorta anlayışı”, “Zaminlik”,  “Rəqəmsal ödəniş trendləri”  mövzusunda  ətraflı şəkildə  şərhlər verilmişdir. 
Təlimdə Sumqayıt Dövlət Universitetinin  İqtisadiyyat və idarəetmə fakultəsinin əməkdaşları: dosent Dilarə  Əmiraslanova; baş müəllimlər: Şəhla Cəmilzadə, Elnarə Məmmədova, Şəlalə Məmmədova; assistentlər: Səmirə Seyidova, Nihad Hüseynov; böyük laborant Gülşən Hüseynzadə; magistrantlar: Türkan Seyfullayeva, Könül Behbudova və Aysel Nəsirova iştirak etmişlər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az