Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil olunur
SDU-nun fakültələrində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı silsilə tədbirlər təşkil olunur
Mayın 5-dən başlayaraq  Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə fakültələrdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Tədbiri giriş sözü ilə  fakültə  dekanları çıxış edərək Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən danışaraq iştirakçılara dolğun məlumat verdilər. 
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdıran çıxışçılar bildirdilər ki, Heydər Əliyev adı tarixdə müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderlərdən biridir. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan bu şəxsiyyət ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən müdrik siyasəti uğurlu gələcəyə gedən yollarımızı daim işıqlandıracaq.
Qeyd etmək yerinə düşərdi ki, çağdaş tariximizə qızıl hərflərlə yazılan Zəfər Qələbəsi Azərbaycanda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla apardığı siyasətin nəticəsidir. Böyük iftixar hissi ilə bəyan edirik ki, Vətən müharibəsində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu Öndərin arzusunu reallaşdıran ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətlə söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!” fikirlərində Qarabağın işğaldan azad olunmasında Heydər Əliyev ideyalarının təntənəsi gözəl ifadə olunmaqdadır.
Daha sonra Ümummilli lider Heydər Əliyevin  xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söz açan tələbələr Ulu Öndərin tarixi ədalətin bərpa olunması istiqamətində yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs etdilər.Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını və hazırda Qarabağın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışdılar.
Tədbirlər Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş videoçarxın nümayişi ilə yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az