Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq həftə”nin üçüncü günü
SDU-da “Beynəlxalq həftə”nin üçüncü günü
Mayın 6-da Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq həftə” tədbirinin üçüncü görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq iştirakçıları salamladı və “Beynəlxalq həftə”nin qonağı İstanbul Texniki Universiteti Çekirdek İnkubasiya Mərkəzinin müdiri Yunis İsmayılı iştirakçılara təqdim edərək bugünkü tədbirin əhəmiyyətindən danışdı.
Daha sonra məruzəçi qonaq Mühəndislik və Riyaziyyat fakültələrinin tələbə-müəllim heyəti üçün “Texnoloji və innovativ ideyaların kommersiyalaşmasında texnoparkların rolu”  mövzusunda təqdimatı nümayiş etdirərək texnoparklar, startapla ənənəvi biznesin fərqi, inkubasiya mərkəzləri, startap ekosistemində mentorların və startap üçün ideyanı reallaşdırmağın rolları  haqqında geniş məlumat verdi. İştirakçıların geniş marağına səbəb olan tədbir sual-cavabla yekunlaşdı. 
Tədbirdə Mühəndislik  və Riyaziyyat fakültələrinin dekanları, kafedra müdirləri və müəllim-tələbə heyəti iştirak etdilər. 
Qeyd edək ki, “Beynəlxalq həftə” çərçivəsində növbəti tədbirdə ABŞ-ın Kolumbiya Universitetinin müəllimi, ADA Universitetinin məsləhətçisi dr. Abbas Abbasovun Tarix və coğrafiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşü nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az