Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları “Ali təhsildə keyfiyyət təminatı” adlı beynəlxalq forumun ikinci günündə iştirak etdilər
SDU-nun əməkdaşları “Ali təhsildə keyfiyyət təminatı” adlı beynəlxalq forumun ikinci günündə iştirak etdilər
Mayın 6-da  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı” mövzusunda keçirilən beynəlxalq forumun ikinci görüşü baş tutdu. 
Forumun ikinci günündə ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun rəhbərləri, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik təlimlər keçirildi. 
Tədbir iştirakçılarının fəaliyyət sahəsinə uyğun olaraq, qrup müzakirələri  3 fərqli mövzuda: “Daxili keyfiyyət təminatının təkmilləşdirilməsi yolları”, “Ənənəvi tədris metodundan müasir yanaşmalara – PBL və SCL-ə doğru addımlamaq”, “Ali təhsildə keyfiyyətin və məşğulluğun artırılması” mövzularında təşkil olundu.
Beynəlxalq forumda Sumqayıt Dövlət Universitetini Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Beynəlxalq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Elmi hissənin müdiri Samir Orucov təmsil etdi.
CEENQA təşkilatının vitse-prezidenti Olgun Çiçeyin moderatorluğu ilə ali təhsil müəssisələrində keyfiyyət təminatının hazırkı fəaliyyəti barədə keçirilən müzakirədə Nərmin Həsənova və Beynəlxalq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, layihəyönümlü tədris mövzusunun müzakirəsində isə Elmi hissənin müdiri Samir Orucov iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az