Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edildi
SDU-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kitab sərgisi təşkil edildi
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında “Ulu öndər‒99” adlı kitab sərgisi təşkil edildi.
Sərgidə ümummilli lider Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolundan, Azərbaycan xalqının taleyində, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsində əvəzsiz xidmətlərindən bəhs edən, eyni zamanda dahi şəxsiyyətin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi, mədəni həyatındakı hadisələri əks etdirən kitablar və digər nəşrlər nümayiş olundu.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az