Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən yarışların qalibləri mükafatlandırıldı
SDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən yarışların qalibləri mükafatlandırıldı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Sumqayıt Dövlət Universitetində silsilə tədbirlər keçirilir. Bunlardan  Sumqayıt Dövlət Universiteti və universitetin nəzdindəki Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 5 idman növü (stolüstü tennis, dama, şahmat, voleybol və basketbol) üzrə yarışı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə  təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” populyar intellektual oyunu təşkil olunmuşdur.
Keçirilən tədbirlərin qalibləri  mayın 10-da univeristetin Kiçik akt zalında mükafatlandırıldı.
Mükafatlandırma mərasimini universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirlərin Ulu öndər irsinin öyrənilməsi və  nəsildən-nəslə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olduğunu bildirdi. Qeyd etdi ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur.Dahi şəxsiyyətin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Prorektor onu da qeyd etdi ki, 2003-cü ildən bu günədək keçilən yola nəzər salsaq, ümummilli liderin siyasi kursunun uğurla davam etdiyini görərik. 
Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. 
İdman yarışlarının ümumi yekun nəticəsinə görə, I yerə Kimya və biologiya, II yerə Fizika və elektroenergetika, III yerə Riyaziyyat fakültəsi layiq görüldü.
“Nə? Harada? Nə zaman?” populyar intellektual oyununun nəticəsinə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası ikinci, Filologiya fakültəsinin komandası isə üçüncü oldu. 
Qaliblərə fəxri fərmanlar təqdim edildi.
Çıxışçılar da öz növbələrində tədbirlərin yüksək səviyyədə təşkil olunduğuna görə universitet rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az