Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq həftə”nin növbəti günü
SDU-da “Beynəlxalq həftə”nin növbəti günü
Mayın 11-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq həftə” tədbirinin növbəti görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq iştirakçıları salamladı və “Beynəlxalq həftə”nin qonağı, ABŞ-ın Kolumbiya Universitetinin müəllimi, ADA Universitetində məsləhətçi Dr. Abbas Abbasovu iştirakçılara təqdim edərək bildirdi ki, Sumqayıt Dövlət Universitetinin “Beynəlxalq həftə” silsilə tədbirləri öz ideyasını azərbaycançılıq məfkurəsinin banisi ümumilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının ölkəmizin mənafeyi naminə birləşməsi siyasətindən götürmüşdür.
Tarix və coğrafiya fakültəsinin Sosiologiya ixtisasının tələbə-müəllim heyəti üçün təşkil olunmuş “Tədqiqat metodları və metodologiyası” adlı seminarda sosial elmlərdə tədqiqat metodları, nəzəriyyə və onun vacibliyindən bəhs edildi, tələbələrə tədqiqat haqqında kiçik tapşırıqlar verildi. İştirakçıların geniş marağına səbəb olan tədbir sual-cavabla yekunlaşdı. 
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, kafedra müdirləri, Kefiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova və müəllim-tələbə heyəti iştirak etdi. 
Qeyd edək ki, “Beynəlxalq həftə” çərçivəsində sonuncu tədbirdə Belçika Avropa Kollecinin Natolin kampusunun Akademik İdarəetmə Ofisinin nümayəndəsi Nərgiz Abdullayevanın tələbələrlə görüşü nəzərdə tutulur.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az