Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda keçirilən esse müsabiqəsində qalib oldular
Tələbələrimiz "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda keçirilən esse müsabiqəsində qalib oldular
Mayın 10-da Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında UNEC TEC və "GUYS" İctimai Birliyi "Economics school" proqramı çərçivəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda esse müsabiqəsinin 2-ci hissəsi olan dəyirmi masa keçirildi.
Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov açaraq, öz uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyinin tarixində əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunun, zəngin və çoxşaxəli irsinin Azərbaycan xalqı üçün tükənməz bir miras olduğunu vurğuladı.
Tədbirin davamı olaraq söz "GUYS" İctimai Birliyinin sədri Mübariz Quliyevə verildi. Mübariz Quliyev çıxışı zamanı Ulu öndər Heydər Əliyevin hələ 60-cı illərdən ̶ Azərbaycana rəhbərlik etdiyi dönəmlərdən gənclərə necə diqqət və qayğı ilə yanaşdığını qeyd etdi. 
Sonra söz digər qonaqlara və gənclərə verildi. Yekunda esse müsabiqəsinin iştirakçıları öz təqdimatlarını etdilər. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Nübar Osmanova I yerə,  Filologiya fakültəsinin II kurs tələbəsi Nuranə Süleymanova II yerə layiq görüldülər.
Biz də tələbələrimizi təbrik edir, onlara  yeni-yeni uğurlar arzulayırıq!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az