Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq Həftə”–nin son günü
SDU-da “Beynəlxalq Həftə”–nin son günü
Mayın 13-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq həftə” tədbirinin növbəti və son görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva açaraq iştirakçıları salamladı və “Beynəlxalq həftə”-nin qonağı Belçika Avropa Kollecinin Natolin kampusu Akademik İdarəetmə ofisinin nümayəndəsi Nərgiz Abdullayeva iştirakçılara təqdim edərək Sumqayıt Dövlət Universitetinin “Beynəlxalq həftə” çərçivəsində keçirilən silsilə tədbirin bügünkü mövzusu olduqca aktual  əhəmiyyət daşıdığını vürğuladı. 
Sumqayıt Dövlət Universitetinin bütün fakültələrindən cəlb olunmuş tələbələr üçün hibrid formatda təşkil olunmuş seminarda “Avropada azərbaycanlı tələbələr üçün təqaüdlü təhsil imkanları” mövzusunda geniş məlumat verildi.
 Avropa Kollecinə qəbul proqramları, qəbul şərtləri, azərbaycanlı tələbələr üçün təqaüd imkanları, müraciət tarixləri haqqında təqdimat iştirakçıların marağına  səbəb oldu.
Sonda məruzəçi tələbələrin süallarını cavablandırdı.
Qeyd edək ki, “Beynəlxalq həftə” çərçivəsində 04.05.2022-ci il tarixindən start verilən görüşlər uğurla yekunlaşdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az