Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Riyaziyyat fənni üzrə olimpiada keçirildi
SDU-da Riyaziyyat fənni üzrə olimpiada keçirildi
Mayın 14-də Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə SDU-nun 60 illiyinə həsr olunmuş Riyaziyyat fənni üzrə I-III kurs tələbələri arasında olimpiada keçirildi. 
Öncə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək olimpiada iştirakçılarını salamladı və 2014-cü ildə SDU-nun rektoru, professor Elxan Hüseynovun rəhbərliyi ilə “Sumqayıt Dövlət Universitetinin 2025-ci ilədək olan müddət ərzində inkişaf konsepsiyası” və onun əsasında “SDU-da təhsilin inkişaf strategiyası”nın hazırlanması barədə məlumat verdi. Vurğuladı ki, konsepsiyada universitetin təhsil sisteminin modernləşdirilməsi və dünya təhsil məkanına inteqrasiya, elmi tədqiqatlar sisteminin modernləşdirilməsi kimi məsələlər başlıca yer tutur və burada əsas strateji məqsəd SDU-nun təhsil və tədqiqat innovasiya mərkəzinə çevrilməsidir. Bugünkü olimpiadanın təşkili bu strategiyadakı elmi mühitin yaradılması ideyasının reallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. 
Dekan onu da bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, tələbələrdə bu fənnə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Biliyin gənclərin ən etibarlı dayağı olduğunu qeyd  edən dosent Xalidə Həsənova olimpiada iştirakçılarına uğurlar arzuladı. 
Sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri professor  Nəbi Qurbanov və Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev  bu cür tədbirlərin elmə maraq yaradılması baxımından keçirilməsinin vacib olduğunu vurğuladılar və olimpiada iştirakçılarına uğurlar arzuladılar.
Qeyd edək ki, olimpiada Riyaziyyat fakültəsi üzrə bütün ixtisasların I, II, III kurs tələbələri arasında keçirilirdi. Açıq suallar şəklində təşkil olunmuş olimpiada zamanı 100-dən çox tələbə 3 saat ərzində sualları cavablandıraraq yüksək bilik nümayiş etdirdilər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az