Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültə dekanları I kurs tələbələri ilə görüş keçirdi
Fakültə dekanları I kurs tələbələri ilə görüş keçirdi

Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir. Müəllimlərin əməyi nəticəsində biz dünənin şagirdi, bu günün tələbəsi, sabahın isə ixtisaslı kadrı oluruq. Tələbəlik insan ömründə daima əvəzedilməz və unudulmaz xatirələrlə əbədi həkk olunur.
Sumqayıt Dövlət Universitetinə ilk qədəmlərini atan I kurs tələbələrinin dekanlarla görüşü,  ali təhsil ocağı, professor-müəllim heyəti ilə tanışlığı uzun illər yaddaşlarında silinməz izlər qoyacaq. 
Səmimi ruhda keçən görüşdə fakültə dekanları gəncləri tələbə adı qazanmaları münasibəti ilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Tələbələrə universitetin təhsil sistemi, layihələr, gələcəkdə görüləcək işlər və Boloniya prosesinin digər əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqi haqqında məlumat verildi. Həmçinin tələbələrin nəzəri bilikləri ilə yanaşı, onların dərsə davamiyyəti, sərbəst tapşırıqları cavablandırma səviyyələri və seminarlardakı fəallıqları da qiymətləndirilməsi nəzərə çatdırıldı. Bildirildi ki, tələbə yalnız o zaman kredit ala bilər ki, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fənnin imtahanından qiymət almış olsun. Auditoriyaların təmir olunduğunu, maddi-texniki bazanın gücləndirdiyini tələbələrin diqqətinə çatdırıldı. Fakültədə tədris prosesinin vəziyyəti haqqında danışan dekanlar tələbələrə nizam-intizam məsələlərinə diqqət yetirməyi və dərslərini yaxşı oxumağı tövsiyə etdilər.
Tələbələri maraqlandıran məsələlərlə bağlı sualları fakültə dekanları ətraflı şəkildə cavablandırdılar.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az