Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da TGT-ya yeni sədr seçildi
SDU-da TGT-ya yeni sədr seçildi
Mayın 16-da Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatına yeni sədr seçkisi keçirildi. Qeyd edək ki, seçki prosesinə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri tərəfindən nəzarət olunurdu.
Seçki prosesinin demokratik və şəffaf  keçirilməsi üçün ilk öncə universitetin foyesində seçki qutuları yerləşdirildi.Tələbələr arasında aparılan gizli səsvermənin nəticəsi olaraq  SDU-nun Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Elmin Novruzlu səs çoxluğu ilə sədr seçildi.Ona göstərilən etimada görə professor-müəllim heyətinə və tələbə yoldaşlarına təşəkkür edən Elmin Novruzlu plan və hədəflərindən danışdı. 
Biz də mətbuat xidməti olaraq tələbəmizi təbrik edir, ona gələcək fəaliyyətində  uğurlar arzulayırıq! 
Nəzərinizə çatdırmaq istərdik ki, Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı təsis edildiyi gündən dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində, tələbələrin respublikamızın ictimai-siyasi, sosial və mədəni  həyatında fəal iştirakını təmin etməyi özünün başlıca məqsədi kimi qarşıya qoymuşdur. Bu məqsədi həyata keçirmək üçün TGT tələbələr arasında müntəzəm şəkildə maarifləndirmə işləri aparır, onların iştirakı ilə elmi konfrans və seminarların, simpoziumların, dəyirmi masaların keçirilməsini təşkil edərək fəal tələbələri işə cəlb edir. İstedadlı və yaradıcı tələbələri müəyyənləşdirmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, tələbələrin sosial problemlərinin həlli və s. istiqamətlərdə təşkilat bir sıra tədbirlər həyata keçirir, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşməklə, dövlətçilik ənənələrinə sədaqətin parlaq təcəssümünü nümayiş etdirir.Təşkilatın gördüyü işlər yüksək qiymətləndirilir. TGT fəalları universitetin bütün tədbirlərində aktiv iştirak edərək, universitetlərarası yarış və müsabiqələrdə SDU-nu layiqincə təmsil edirlər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az