Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Texniki Kolleci ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında birgə əməkdaşlıq barəsində görüş keçirildi
Sumqayıt Dövlət Texniki Kolleci ilə Naxçıvan Dövlət Texniki Kolleci arasında birgə əməkdaşlıq barəsində görüş keçirildi
Mayın 13-də Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinə səfəri baş tutub.
Səfərin məqsədi STEAM təhsil metodu ilə bağlı təcrübənin bölüşdürülməsi, həmçinin təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasından ibarət idi.
SDTK-nın nümayəndə heyətinin tərkibində kollecin direktoru dosent Mətanət Pirquliyeva ilə yanaşı, Tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov, Avtomobil nəqliyyatı və energetika şöbəsinin müdiri Sevda Musayeva, Ekologiya və kompüter şöbəsinin müdiri Samiddin Qasımov və müəllim Hədiyyə Əliyeva iştirak etdilər.
Səfər çərçivəsində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları kollecdə yaradılan STEAM kabineti ilə yaxından tanış olmuş, burada həyata keçirilən təhsil metodu haqqında zəruri informasiya ilə təmin olundular. Həmçinin kollec əməkdaşları Naxçıvan Dövlət Texniki Kollecinin tədris şəraiti və prosesi, ixtisaslar və digər məsələlərlə yerində tanış olmuş, kolleclər arasında gələcək inkişaf perspektivləri barədə məqsədlər müəyyənləşdirilmişdir.
Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinə səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində görüş keçirildi.
Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyevanın başçılıq etdiyi heyət Naxçıvan Muxtar Respublikasının təhsil naziri ilə görüşüb.
Nazir görüş iştirakçılarına STEAM təhsil metodunun əhəmiyyəti, onun muxtar respublikada tətbiqi və qazanılan nailiyyətlərdən bəhs etmiş, gələcək məqsədlər haqqında ətraflı məlumat vermişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az