Əsas səhifə | Xəbərlər | Tələbələrimiz üçün magistratura sınaq imtahanı keçirildi
Tələbələrimiz üçün magistratura sınaq imtahanı keçirildi

Müasir dövrdə ölkəmizdə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsinə və dinamik inkişafına sürətli təkan verir. Dövlətimizə, cəmiyyətimizə layiqli  gənclər yetişdirmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, yüksək ixtisaslı kadrlar hazırlamaq Sumqayıt Dövlət Universitetinin qarşısına qoyduğu əsas məqsəddir.
Hal-hazırda universitetimizin 7 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 26 ixtisas, magistraturada 53 ixtisaslaşma üzrə tələbə, magistrant təhsil alır.  Magistraturaya müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlanması məqsədi ilə sentyabrın 19-da Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə müxtəlif fakültələrin tələbələri üçün magistratura sınaq imtahanları keçirildi. TEC-in şura sədri Nurlan Səmədli bildirdi ki, sınaq imtahanın keçirilməsində məqsəd tələbələri magistratura imtahanında təqdim olunacaq suallarla tanış etmək və onları buna hazırlamaqdır. Onu da qeyd etdi ki, magistratura  qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunub. İmtahanda 120 nəfər tələbə iştirak edir. Onların uğurlu nəticə göstərəcəyinə inanırıq.
Qeyd edək ki, sınaq imtahanın nəticələri iki gün sonra açıqlanacaq.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az