Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnformasiya-Kommunikasiya Texnologiyalarının biznesdə tətbiqi” mövzusunda təlim‒seminar təşkil olundu
SDU-da “İnformasiya-Kommunikasiya Texnologiyalarının biznesdə tətbiqi” mövzusunda təlim‒seminar təşkil olundu
Mayın 23-də Sumqayıt Dövlət Universitetində Riyaziyyat fakültəsinin  təşkilatçılığı ilə “İnformasiya -Kommunikasiya Texnologiyalarının biznesdə tətbiqi” mövzusunda seminar təşkil olundu. 
İlk olaraq fakültənin dekanı dosent Xalidə Həsənova  çıxış edərək tədbir iştirakçılarını salamladı və  tədbirin əhəmiyyətindən danışaraq bildirdi ki, müasir dövrdə ölkəmiz hər sahədə sürətli və dinamik inkişaf etməkdədir. İllərlə aparılmış uğurlu siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə  bütün sahələrdə böyük nailiyyətlər əldə edilmişdir. Belə ki, İKT imkanlarının dövlət idarəetmə sistemində tətbiqi ilə bağlı çoxsaylı işlər görülmüş, bu sahə üzrə normativ-hüquqi baza təkmilləşdirilərək ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə uyğunlaşdırılmış, informasiya cəmiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi, elektron hökumətin təşkili nəticəsində İKT sahəsi ən dinamik inkişaf edən sahələrdən birinə çevrilmiş, bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Əsası Ulu öndər tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyev də bu sahəyə xüsusi diqqətlə yanaşır. Bu diqqətin nəticəsidir ki, ölkəmizdə İKT-nin inkişafı ilə bağlı bir sıra mühüm sənədlər qəbul edilmişdir.
Dekan onu da diqqətə çatdırdı ki, İnformasiya-Kommunikasiya Texnologiyaları ilə bağlı seminar silsilə xarakter daşıyır, fakültənin müəllim və tələbələri tərəfindən İKT-nin son yenilikləri barədə ətraflı məlumat veriləcək.
Daha sonra İnformatika kafedrasının baş müəllimi Aygün Tağıyeva iştirakçılara plan təqdim edərək seminarın işinə başladı. 
Riyaziyyat fakültəsinin tələbələri: Nəzrin Xurşudova və Elana Bayramova İnformasiya Kommunikasiya Texnologiyaları haqqında təqdimatla çıxış etdilər, iştirakçılar arasında intellektual sorğu apardılar, suallara doğru cavab verən tələbələr mükafatlandırıldı.
Tədbirin ikinci hissəsində “Animatros” şirkətinin nümayəndəsi Kamran Tağıyev, Bakı Ali Neft Məktəbinin müəllimi Elvin Abbaszadə “İKT-nin Biznesdə tətbiqi” mövzusunda ətraflı çıxış etdilər, apardıqları layihələr haqqında  videoçarxlar təqdim etdilər, mövzu ilə bağlı sualları cavablandırdılar.
Tədbirin üçüncü hissəsində 436-cı qrup tələbəsi Rəhim Rəhimli Robotla əyləncəli viktorina  və səhnəcik təqdim etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az