Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rəsmi saytının formatı yeniləndi
SDU-nun rəsmi saytının formatı yeniləndi
23.05.2022-ci il tarixində Sumqayıt Dövlət Universitetinin rəsmi internet saytı yeni formatda oxucuların istifadəsinə verildi. Universitetin tarixi, geniş tədris imkanları, strateji məqsədləri, maddi-texniki bazası, beynəlxalq əlaqələri, elmi-tədqiqat laboratoriyaları, ictimai fəaliyyəti və infrastrukturu haqqında mükəmməl informasiyaları özündə əks etdirən saytın yeni formatı “Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlar”ına (ESG) əsasən hazırlanmışdır. 
Belə ki, ali təhsil müəssisəsinin struktur vahidlərinin tərkibinə və inzibati heyətə aid məlumatlarla yanaşı, fakültələr üzrə sillabuslar, təhsil səviyyələri üzrə illik qəbul proqnozu və tədris planları, universitetin nizamnaməsi, strateji inkişaf planı, akademik təqvimi, xarici tərəfdaşlar, əcnəbi tələbələrin qəbuluna dair məlumatlar, yeni istifadəyə veriləcək Avropa standartlarına uyğun “Tələbə evi” və tələbələrin asudə vaxtlarının dəyərləndirilməsini özündə əks etdirən fotomateriallar da sayta yerləşdirilmişdir. SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kolleci, həmçinin Heydər Əliyev  Mərkəzi və digər mərkəzlər barədə məlumatlar da yenilənərək sayta əlavə edilmişdir. Universitetin saytının Azərbaycan, rus, ingilis dillərində istifadəyə verilməsi yalnız yerli deyil, eyni zamanda əcnəbi istifadəçilərin də mümkün imkanlardan və mövcud resurslardan yararlanmasına xidmət edir. 
Məlumatların ictimaiyyət üçün daim əlçatan olması SDU-nun fəaliyyətinin şəffaflığının və innovasiyalara açıq olmasının ən bariz nümunəsidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az