Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Şuşa mədəniyyətinin inciləri” rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırıldı
“Şuşa mədəniyyətinin inciləri” rəsm və əl işləri müsabiqəsinin qalibləri mükafatlandırıldı
Mayın 25-də Sumqayıt Dövlət Universitetinin Böyük akt zalında “Şuşa İli”nə həsr olunmuş, tələbələrin rəsm və əl işlərindən ibarət, “Şuşa mədəniyyətinin inciləri” mövzusunda müsabiqənin qaliblərinin  mükafatlandırılması keçirildi.
Mükafatlandırmada universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent  Elmar Xəlilov  çıxış edərək bildirdi ki, “Şuşa İli” çərçivəsində reallaşan müsabiqə tələbələrimizin Qarabağın tacı olan Şuşa şəhərinin diqqət çəkən mənzərələrini öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Bu müsabiqənin keçirilməsinin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üçün zəmin yaradacağını diqqətə çatdıran prorektor gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişafı istiqamətində görülən işlərdən danışdı.
Sonda prorektor qalibləri universitetin rektoru professor Elxan Hüseynovun və öz adından təbrik edərək onları fəxri fərmanla təltif etdi.  
Məlumat üçün qeyd edək ki, universitetin müxtəlif fakültələrindən 33 tələbənin qatıldığı müsabiqədə 30-dan artıq rəsm və əl işi nümayiş olundu. Onlardan müsabiqənin yekun nəticəsinə görə, I yerə Mühəndislik fakültəsinin III kurs tələbəsi Ceyran Məmmədova ilə  Kimya və biologiya fakültəsinin III kurs tələbəsi Malak Bairamova, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Nuranə Abbasova, III yerə İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbələri: Anar Quluzadə və  Səxavət Cabbarlı  layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az