Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı “Times Higher Education” təşkilatının Qlobal Britaniya: Yeni era üçün elmi super güc” adlı onlayn tədbirində iştirak etdi
SDU-nun əməkdaşı “Times Higher Education” təşkilatının Qlobal Britaniya: Yeni era üçün elmi super güc” adlı onlayn tədbirində iştirak etdi
Mayın 26-da “Times Higher Education” (THE) beynəlxalq reytinq təşkilatı  tərəfindən “Academic  Salon 2022 ‒ Qlobal Britaniya: Yeni era üçün elmi supergüc” adlı online sessiya keçirilmişdir. Tədbir regional böyüməyə  təkan vermək üçün innovasiya rayonlarından istifadə, ölkənin şimalında iqtisadi və sosial transformasiyanı açmağın yolları, gələcək innovasiyalar üçün beynəlxalq əməkdaşlıqın rolu, beynəlxalq ticarətin tənzimlənməsinin innovasiyaya təsiri, regional inkişaf üçün tərəfdaşlıq məqsədilə sahibkarlıq və innovasiya mövzularına həsr olunmuşdur.
Akademik salonun hər bir sessiyasında  Böyük Britaniyanın universitet liderləri, tədqiqatçılar, sənaye və hökumət nümayəndələri çıxış  etdilər. Beş sessiyada baş tutan vebinarın əsas məqsədi Böyük Britaniya hökumətinin dünya üzrə aparıcı tədqiqatlar aparan elm və texnologiya supergücü kimi mövqeyini  nümayiş etdirməkdən ibarət idi.
Vebinarda Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva  iştirak etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az