Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi başlayıb
Sumqayıt Dövlət Universitetində magistratura səviyyəsi üzrə dissertasiya işlərinin müdafiəsi başlayıb
İyunun 22-də Sumqayıt Dövlət Universitetində təhsilini başa vurmuş  magistrantların magistr dissertasiyalarının müdafiəsi keçirildi.
Kimya və biologiya fakültəsinin magistrantı Aliyə Qulamovanın “Mərcimək nümunələrində genetik polimorfizmin öyrənilməsi”adlı dissertasiya işinin müdafiəsində  rektor professor Elxan Hüseynov, Beynəlxalq əlaqələr üzrə prorektor Qafar Atayev, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanı, İxtisaslaşdırılmış Şura üzvləri  iştirak etdilər.
Magistrant Aliyə Qulamova dissertasiya işi haqqında məlumat verdi və  sualları əhatəli cavablandırdı.
Müdafiə işi ilə bağlı Şura üzvləri öz fikirlərini bildirdilər və dissertasiya işinin aktuallığını qeyd etdilər.Mövzu ilə bağlı geniş müzakirələr aparıldıqdan sonra səsvermə keçirildi, dissertasiya işi müvafiq meyarlar üzrə qiymətləndirildi və  Aliyə Qulamovaya  magistr elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edildi.
Rektor müdafiədən razı qaldığını bildirərək, magistratura səviyyəsini bitirən Aliyə Qulamovanı təbrik etdi, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı.
Sonra  Tarix və coğrafiya fakültəsinin  magistrantı Ceyhun Əskərovun “Azərbaycanda ordu quruculuğu (2003-2020-ci illər)"  adlı dissertasiya işinin müdafiəsi oldu. 
Müdafiədə Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov,  Tarix və coğrafiya  fakültəsinin dekanı, professor Adil Baxşəliyev,  Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, İxtisaslaşdırılmış Şura üzvləri iştirak etdilər.
Magistrant Ceyhun Əskərov dissertasiya işi haqqında məlumat verdi və  sualları əhatəli cavablandırdı.
Sonra müdafiə şurasının üzvləri magistrant və dissertasiya işi haqqında fikirlərini bildirdilər. Qeyd etdilər ki, magistratura təhsilinin əsas məqsədi ölkədə yüksək ixtisaslaşdırılmış mütəxəssislərə olan tələbatın təmin edilməsi, elmi-pedaqoji və elmi-tədqiqat sahəsi üçün kadrların hazırlanmasıdır.
Magistrantların Dissertasiya işlərinin uğurlu müdafiəsi bir daha onu göstərir ki, Sumqayıt Dövlət Universitetində gələcəyin savadlı,  ixtisaslı kadrları yetişir.  
Gənclər də öz növbələrində yaradılan şəraitə görə  universitetin rəhbərliyinə təşəkkür etdilər.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az