Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Silahlı Qüvvələr Gününə həsr olunmuş konfrans keçirildi
SDU-da Silahlı Qüvvələr Gününə həsr olunmuş konfrans keçirildi
İyunun 24-də Sumqayıt Dövlət Universitetində 26 İyun ‒ Silahlı Qüvvələr Gününə həsr olunmuş “Güclü və müasir Azərbaycan Ordusu Heydər Əliyevin ordu quruculuğu siyasətinin nəticəsidir” mövzusunda konfrans keçirildi.
Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, ordumuzun hər bir hərbiçisini və Azərbaycan xalqını təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar arzuladı. Milli Ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan danışan prorektor ordu quruculuğuna göstərilən dövlət qayğısından, xalqımızın ümummilli lideri Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs etdi. Bildirdi ki, güclü ordu müstəqilliyin, inkişafın və sabitliyin təminatıdır. Ümummilli lider Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu amili dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirmişdir. Ulu öndər 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi yaratmaqla gənclərimizin bu istiqamətdə təhsil almalarını təmin etdi.1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. 1993-cü ildən sonra Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Silahlı Qüvvələrdə struktur və kadr dəyişikliyi həyata keçirilməyə başladı, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.         
Professor Ramazan Məmmədov onu da qeyd etdi ki, bu gün ümummilli liderin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrimizin quruculuğu sahəsində aparılan işlər bu gün də ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, ordumuzun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. 44 günlük müharibə Azərbaycanın gücünü, Silahlı Qüvvələrimizin rəşadətini və xalqımızın birliyini göstərdi. 44 günlük müharibə Azərbaycanın şanlı tarixidir. Bu tarix əbədi qalacaqdır. 
Sonra Azərbaycan Milli Ordusunun bu gününü əks etdirən videoçarx nümayiş olundu və konfransın proqramına uyğun olaraq məruzələr dinlənildi.
Kimya və biologiya fakültəsinin Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasının baş müəllimi Bilal Əhmədov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu”, həmin kafedranın baş müəllimi Sabir Ələkbərov  “Müstəqil Azərbaycan Ordusunun formalaşmasında Müdafiə Sənayesi Nazirliyinin rolu”,    Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Samir Kərimli “Heydər Əliyevin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi məktəbin Milli Ordunun inkişafında rolu”, Tarix və coğrafiya fakültəsinin  5-ci kurs  tələbəsi  Sara Əlizadə   “Bugünkü güclü ordunun mövcudluğu İlham Əliyev siyasətinin bəhrəsidir” mövzularında məruzə ilə çıxış etdilər.
Məruzələrdə Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun tarixi qələbəsindən, azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gedən sürətli quruculuq işlərindən söz açdılar. Bildirdilər ki, Azərbaycan xalqının, dövlətinin və əsgərinin birlikdə qazandığı böyük qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Bugün Silahlı Qüvvələr Gününü qalib ölkə kimi qeyd etmək çox qürurvericidir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az