Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun alimi İstanbulda keçirilən konfransda mükafata layiq görüldü
SDU-nun alimi İstanbulda keçirilən konfransda mükafata layiq görüldü
Sumqayıt Dövlət Universitetinin  Pedaqogika və psixologiya kafedrasının dosenti  Kəmalə Salamova 13‒15 iyun tarixlərində Türkiyənın İstanbul  şəhərində  İstanbul  Mədəniyyət Universitetinin ev sahibliyi ilə keçirilən “23-cü Beynəlxalq psixoloji xidmət və məsləhət” adlı konfransın açılış toplantısında “Sosial şəbəkələrin gənclərin inkişafına təsiri” mövzusunda  çıxış etdi,  “Ailə və toplum” adlı bölməyə rəhbərlik edərək “İlin psixoloqu” mükafatına layiq görüldü.
Səfər çərçivəsində dosent  Kəmalə Salamova İbn Haldun Universitetində yeni yaradılmış Heydər  Əliyev adına Avrasiya Tədqiqat və Təcrübə Mərkəzində  oldu və mərkəzin rəhbərliyinə Sumqayıt Dövlət Universiteti haqqında geniş məlumat verdi.
İyunun 16-da keçirilən EBAS2022-nin (Təhsil və Elmi Araşdırmalar) “Təhsildə fürsət bərabərliyi” adlı  konfransda “Boşanmanın uşaqların təhsilinə və şəxsi inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edən Kəmalə xanım İstanbul Təhsil İdarəsi tərəfindən mükafata layiq görüldü.
İyunun 17-də  isə İstanbul Başakşəhər təhsil idarəsində dosent Kəmalə Salamovanın türkiyəli psixoloqlarla birgə nəşr olunmuş “Pozitiv psixologiya” kitabının ingilis dilində çap olunan ilk nüsxəsinin təqdimatı oldu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az