Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Təhsil Nazirliyinin onlayn tədbirində iştirak etdilər
Əməkdaşlarımız Təhsil Nazirliyinin onlayn tədbirində iştirak etdilər
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın 3.4-cü yarımbəndində göstərildiyi kimi, təhsil almaq üçün müraciət edən əcnəbilərin elektron qaydada müraciətinə dair tələbin ödənilməsi ilə bağlı Azərbaycan ali təhsil müəssisələrinə qəbulun vahid sistem üzərindən həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Ali təhsil müəssisələrində “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzrə işin icrasına məsul şəxs təyin olunmuş, habelə əcnəbi tələbələrin məlumatlarının daxil edilməsi və maliyyə modullarının yerləşdirilməsi məqsədilə müvafiq inzibati strukturların əlçatanlığı təmin olunmuş, universitetlərin rəsmi internet səhifəsində “Study in Azerbaijan” bannerləri yerləşdirilmişdir.
İyunun 29-da Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsi, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun təşkilatçılığı ilə əcnəbilərin qəbulunun portal.edu.az və atis.edu.az xidmətləri üzərindən təşkili prosesi üçün müxtəlif məlumatların daxil edilməsi ilə bağlı növbəti onlayn görüş keçirildi. Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun mütəxəssisi Əkbər Əliyevin moderatorluğu ilə baş tutan tədbirdə ali təhsil müəssisələrinin və əcnəbilərin qəbulu üzrə məsul əməkdaşları iştirak etdilər.
Görüşün məqsədi təhsil müəssisəsinin əcnəbi vətəndaşın müraciətinə ATİS-də verə biləcəyi reaksiyalar, invoysların yaradılması, qəbul edildikdən sonra ATİS üzərindən əmrləşmə, müəssisə vebsaytında SIACAS barədə məlumatın yerləşdirilməsi və s. məsələlər barədə təlimat xarakterli məlumatın verilməsi və mümkün sualların cavablandırılması idi.
Tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Fərmayıl İsmayılov və ATİS-də maliyyə modulu üzrə məsul şəxs, Mühasibatlıq şöbəsinin aparıcı iqtisadçısı Qabil Əhmədov  iştirak etdilər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az