Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Sumqayıt Kimya Sənaye Parkında oldular
Tələbələrimiz Sumqayıt Kimya Sənaye Parkında oldular
Sumqayıt Dövlət Universitetinin yuxarı kurs tələbələri müasir tədris vasitələrindən istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün bir sıra  sənaye müəssisələri ilə tanış olur, müəssisədə gedən ümumi iş prosesi haqqında ətraflı məlumat alır, onların peşəkar kadr kimi formalaşmalarına və bu sahənin sirlərini daha dərindən yiyələnmələrinə şərait yaradılır.
Sentyabrın 25-də Millət vəkili Emin Hacıyev və Sumqayıt Dövlət Universitetinin bir qrup sonuncu kurs tələbəsi Sumqayıt Kimya Sənaye Parkında oldular.
Görüşün keçirilməsində məqsəd tələbələrin Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən istehsal müəssisələri ilə tanış edilməsi və gələcəkdə onların işlə təmin edilməsinə köməkliyin göstərilməsidir.
Tələbələrə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar barədə məlumat verildi, bu barədə təqdimat keçirildi, gənclərin sualları cavablandırıldı.
Sonra millət vəkili və tələbələr Peşə Təhsil Mərkəzində İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun xatirəsinə qoyulmuş stendi ziyarət etdilər, Mərkəzdə yaradılan şərait, dərs prosesi, laboratoriyalar və s. ilə tanış oldular.
Sonda tələbələr Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində istehsal prosesini izlədilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az