Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Zəfərə 44 gün qala...” adlı tədbir keçirildi
SDU-da “Zəfərə 44 gün qala...” adlı tədbir keçirildi
Sentyabrın 26-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında Tarix və coğrafiya fakültəsi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə təşkilatçılığı ilə “Zəfərə 44 gün qala...” mövzusunda  tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışdı. Qeyd etdi ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olundu. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı ölkəmizin tam qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələndi. Bununla da, Vətən müharibəsi başa çatdı.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının baş müəllimi Pərviz Cəfərov, Fəlsəfə,sosiologiya və politologiya kafedrasının baş müəllimləri: Fəridə Cəbrayılova, Zahid Bünyadov çıxış edərək Azərbaycan Ordusunun 44 gün davam edən hərbi əməliyyatlar zamanı işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atmasından söz açdılar. Bildirdilər ki, bu müharibədə Azərbaycan xalqı əsgər və zabitlərimizin şücaəti, cənab Prezidentimizin qətiyyətli addımları sayəsində düşmənə nəyə qadir olduğumuzu nümayiş etdirdi. 44 gün davam edən müharibə düşmənin acınacaqlı məğlubiyyəti ilə nəticələndi. Bu zəfər qələbəsi idi. Bu qələbə minlərlə şəhidimizin canı və qanı bahasına əldə olundu.
Natiqlər onu da qeyd etdilər ki, şəhidlərimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalıdır.
Daha sonra tədbirdə Tarix və coğrafiya fakültəsinin tələbəsi olmuş şəhid Elgün Quliyevin anası Qənirə Quliyeva, şəhid Vüsal Allahverdiyevin əmisi Mahir Allahverdiyev çıxış edərək onlarla bağlı xatirələrini bölüşdülər, onların şərəfli həyat və döyüş yollarından söz açdılar və  bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar. Həmçinin Vətən uğrunda canından keçən şəhidlərin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Tədbirdə tələbələrin ifalarında vətənpərvər ruhlu mahnılar və şeirlər səsləndirildi.
Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az