Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasında iştirak etdilər
Əməkdaşlarımız “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasında iştirak etdilər
Sentyabrın 30-da Elm və Təhsil Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və “Xəzər” Media Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyini inşa et!” devizi ilə  “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkası keçirildi.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezident Administrasiyasının sektor müdiri Vüsal Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, səfirlər, rektorlar və digər rəsmi şəxslər çıxış etdilər.
“Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən KOB subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır.
50-yə yaxın şirkətin iştirak etdiyi sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə edəcəklər. 
Qeyd edək ki, sərgidə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin bir qrup professor və müəllim heyəti iştirak etdilər.
Sərgi oktyabrın 2-dək davam edəcəkdir.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az