Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimində iştirak edib
Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidinin abidə kompleksinin açılış mərasimində iştirak edib
Oktyabrın 4-də 44 günlük Vətən müharibəsinin şəhidi Telman Nadir oğlu Abışovun xatirəsini əbədiləşdirmək məqsədilə Hacı Zeynalabdin qəsəbəsi Səməd Vurğun küçəsində abidə kompleksinin açılışı olub.
Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları ilə yanaşı, şəhid ailələri, qazilər, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Millət vəkili Müşfiq Məmmədli, məktəb və bağça kollektivləri, Qəsəbə Ağsaqqallar şurasının üzvləri və Hacı Zeynalabdin qəsəbə sakinləri, o cümlədən Sumqayıt Dövlət Unversitetinin Filologiya fakültəsinin bir qrup professor-müəllim və tələbəsi iştirak etdilər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Telman Abışovun abidəsinin açılışı oldu. Abidə önünə tər gül dəstələri düzüldü.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Millət vəkili Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin Tağıyev inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə Hacıyeva, SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, professor AstanBayramov və digər şəxslər çıxış edərək Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində göstərdiyi şücaətindən danışdılar.
Bildirildi ki, Telman Nadir oğlu Abışov 1995-ci il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 10-da Şuşada şəhidlik zirvəsinə ucalaraq, Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident cənab İlham Əliyevin Sərəncamlarına əsasən Telman Abışov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevava öz təşəkkürlərini bildirdilər.
Tədbir məktəblilərin və bağçalarda təlim-tərbiyə alan balaca fidanların vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam etdirilib.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az