Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Müəllim sənətin zirvəsidir
Müəllim sənətin zirvəsidir
Oktyabrın 5-də Filologiya fakültəsində SDU-nun Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 5 oktyabr ‒ Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllim sənətin zirvəsidir” adlı tədbir keçirildi.
Əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu və Vətən müharibəsində şəhid olmuş müəllimlərin xatirəsi yad edildi.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxış edərək qeyd etdi ki, 2020-ci il Zəfər tarixini yazan igid oğul və qızlarımızı yetişdirən müəllimlərin əməyi danılmazdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra aparılan təhsil islahatlarının kökündə məhz vətənpərvərlik, milli dəyərlərə bağlılıq dayanmışdır. Bildirdi ki, təşkil olunan tədbir Vətən müharibəsində şücaət göstərmiş şəhid müəllimlərimizə həsr olunub.
Sonra tələbələr şəhid müəllimlərin həyat yolundan bəhs edərək onlara həsr olunmuş şeirlər səsləndirdilər, videoçarx təqdim olundu.
Fakültənin tələbəsi Günel Qənbərovanın ifasında “Vətən”; və “Qarabağ” mahnıları səsləndirildi.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az