Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində işlər davam etdirilir
Sumqayıt Dövlət Universitetində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyəti istiqamətində işlər davam etdirilir
Azərbaycan Respublikasının Dövlət Proqramının müvafiq müddəalarını əsas tutaraq, SDU-nun Elmi Şurasında təsdiq olunmuş 2020-2025-ci illər üçün Strateji İnkişaf Planında universitet nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması nəzərdə tutulmuş və müvafiq işlərin həyata keçirilməsinə başlanmışdır.
SDU-nun rektoru professor Elxan Hüseynovun 27.05.2022-ci il tarixli R-29/1 nömrəli əmri ilə İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə İşçi qrupu, Mentor qrupu və Ekspert qrupu yaradılmış, İşçi qrupunun Fəaliyyət planı təsdiq edilmişdir.
Sözügedən Fəaliyyət planında düşünülən işlərə müvafiq olaraq 07.10.2022-ci il tarixində Sumqayıt Dövlət Universitetində İnnovasiya Yaradıcılıq Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqasədilə yaradılan İşçi qrupun üzvləri Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov və Elmi hissənin müdiri dosent Samir Orucov Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində işgüzar səfərdə olmuş, Agentlik rəsmiləri ilə görüşmüş və universitetdə əqli mülkiyyət hüquqları sahəsinin səmərəli fəaliyyətini təmin etmək istiqamətində dəyərli təcrübə toplamışlar.
Görüş zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, Patent Ekspertiza şöbəsinin direktor əvəzi Anar Hüseynov və Təlim, nəşr və innovasiyalar şöbəsinin müdiri Aydın Hüseynovla SDU-da yaradılacaq İYM-da ərsəyə gələn bütün ideya, ixtiralar və digər əqli mülkiyyətlərin vaxtında patentləşməsi və bu istiqamətdə səmərəli fəaliyyət haqqında, gələcək əməkdaşlıq barəsində geniş müzakirələr aparıldı. 
Görüşdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə SDU arasında müvafiq fəaliyyət sahələri üzrə qarşılıqlı əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi və müqavilələrin bağlanması qərara alındı.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az