Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidlərinin ildönümündə iştirak ediblər
Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi Vətən müharibəsi şəhidlərinin ildönümündə iştirak ediblər
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini təmin etmək məqsədilə dövlətimiz daima vacib qərarlar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə şəhid ailələri daim dövlət qayğısı ilə əhatələnir, onların məişət və sosial problemləri həll edilir. Sumqayıt Dövlət Universitetinin müəllim və tələbə kollektivi də bu ənənəyə qoşularaq, mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, onlara mənəvi dəstək olur. Bu silsilə ziyarətlərin davamı olaraq, oktyabrın 6-da Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin  əməkdaşları ildönümü qeyd edilən Vətən müharibəsi şəhidi Emil Əliyevin anım mərasimində iştirak ediblər, şəhidin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, Emil Əziz oğlu Əliyev oktyabrın 6-da Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə adını tarixə yazaraq şəhidlik zirvəsinə ucalıb.
Oktyabrın 9-da isə fakültənin bir qrup müəllim və tələbəsi Şabran şəhərində fakültənin tələbəsi olmuş Vətən müharibəsi şəhidi, əsgər Seyfəddin Balağayevin ildönümündə iştirak edib, onu xatirəsini ehtiramla yad ediblər.
Şəhidin ailə üzvləri Seyfəddin Balağayevlə bağlı xatirələrini bölüşərək onun şərəfli döyüş yolundan bəhs ediblər. Prezident cənab İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı Fərman və Sərəncamlardan məmnunluq ifadə edərək, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Çıxış edənlər Seyfəddin Balağayevin qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərdən söz açıblar.
Fizika və elektroenergetika fakültəsinin dekan müavini Könül Hacıyeva Seyfəddinin tələbəlik illərində həmişə nizam – intizamlı və nümunəvi tələbə olduğunu bildirib. Qeyd edib ki, Sumqayıt Dövlət Universiteti hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur.
Qeyd edək ki, Seyfəddin Balağayev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az