Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | TEC I kurs tələbələri ilə görüşdü
TEC I kurs tələbələri ilə görüşdü

Oktyabrın 8-də universitetin Böyük akt zalında Tələbə Elmi Cəmiyyəti (TEC) Riyaziyyat, Mühəndislik, Fizika və elektroenergetika, Tarix və coğrafiya fakültələrinin I kurs tələbələri ilə görüş keçirdi.
Görüşü TEC-in elmi rəhbəri dos. İslam Paşayev açaraq tədbir iştirakçılarını salamladı və  rəhbərlik etdiyi təşkilatın əsas məqsədinin ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanılması və təhsil alanların elmi tədqiqat fəaliyyətinin yeni sosial, iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarət olduğunu bildirdi. Elmi rəhbər son  bir ildə təşkilatın gördüyü işlərdən və fəailiyyəti haqqında məlumat verərək qeyd etdi ki,  nəfis tərtibatda  çap olunmuş Seminar Materialları Toplusunun Azərbaycanda universitetlərarasında ilk  nəşr olduğunu, “Bizim sahibkarlıq fəaliyyətimiz” – “Enactus” Azərbaycan X Milli Yarış proqramı üzrə 14 universitet komandası arasında universitetimiz III yerə layiq görülüb.
Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, həmin fakültə üzrə TEC-in elmi rəhbəri Bəhram Məmmədov, Mühəndislik fakültəsi üzrə TEC-in elmi rəhbəri Şəlalə Cəfərova  çıxış edərək  tələbələrin elmlə məşğul olmağa üstünlük verdiklərini və bunun da onların gələcək inkişafında mühüm rol oynayacağını bildirdilər.
TEC-in Şura sədri Nurlan Səmədli, Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi, Zülfiyyə İlyasova, TEC-in üzvü Fəqan Qocayev, Mühəndislik fakültəsinin IV kurs tələbəsi, Sevda Suvarova belə görüşlərin mütəmadi keçirilməsi  tələbələrin elmi biliklərinin artırılmasında xüsusi önəm kəsb etdiyini vuğuladılar.
Tədbirdə o da qeyd olundu ki, noyabrın 9-dan 12-dək TEC-in üzvlərindən Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Əfsanə Əsgərli və Mühəndislik fakültəsinin IV kurs tələbəsi  Sevda Suvarova Rusiya Federasiyasının Voronej şəhərində keçiriləcək konfransda öz elmi işləri ilə çıxış edəcəklər.
Sonda TEC-in fəailiyyətini əks etdirən video-çarx nümayiş etdirildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az