Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Beşinci nəsil kompüter texnologiyaları” mövzusunda tədbir keçirildi
“Beşinci nəsil kompüter texnologiyaları” mövzusunda tədbir keçirildi
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 2022-ci il fəaliyyət planının “Müəssisə və təşkilatlarda heyətin İKT bacarıqlarının artırılması və rəqəmsal savadlılıq sahəsində tədbirlərin görülməsi” bəndinə uyğun olaraq, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin İnformatika kafedrasının təşkilatçılığı ilə oktyabrın 12-də “Beşinci nəsil kompüter texnologiyaları” mövzusunda tədbir keçirildi.
Tədbirdə fakültənin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Tədbiri  fakültənin dekanı dosent Xalidə Həsənova açaraq tədbirin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, İnformasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biridir. Bu gün, demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsindədir. Hazırda, demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə, demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallığıdır.
Dekan onu da qeyd etdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsində yüksək nailiyyətlər əldə etdiyi kimi, işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində də uğurlu addımlar atır. Həmin ərazilərdə reallaşdırılan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları yaxın zamanlarda bütün Azərbaycanda geniş yayılacaq. Bütün iqtisadi sektor, insanların fəaliyyəti də smart texnologiyalar əsasında qurulacaq, süni intellekt texnologiyaları vasitəsilə daha yüksək səviyyəyə çatacaq. Ölkəmizdə innovativ mühit bərqərar olacaq. Ölkə iqtisadiyyatının əsas prioritetləri ənənəvi resurslarla yanaşı, qeyri-neft sektorunun, xüsusilə də, İKT sahəsinin inkişafına yönələcək. Bu istiqamətdə də yüksək səviyyəli insan resursuna zərurət yaranacaq. Əmək bazarı ölkəmizdə smart peşələrlə daha da zənginləşəcək və nəticə etibarilə Azərbaycanın sürətli inkişafına gətirib çıxaracaq.
Tədbirdə fakültənin baş müəllimi Aygün Tağıyeva “Kompüter texnikasının əsasları” mövzusunda məruzə ilə çıxış edərək hesablama vasitələrinin inkişaf tarixindən danışdı, cəmləyici maşın, arifmometr, analitik maşın, proqramla idarə olunan ilk kompüter, ilk universal kompüter (ENIAC) haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, artıq hamımıza məlumdur ki, XX əsr daha çox elmin və texnikanın sürətli inkişafı, yeni texnologiyaların, elmi və praktiki innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə səciyyələnir və tarixə informasiya əsri, daha geniş mənada elm və təhsil əsri kimi daxil olmuşdur. Hazırda bütün ölkələrdə iqtisadi potensialın insan kapitalına çevrilməsi yolunda ardıcıl və sistemli tədbirlər həyata keçirilir, bu sahə üzrə Sumqayıt Dövlət Universiteti əlaqələrini daim genişləndirir, nailiyyətlər əldə edir. Bugünkü tədbirin keçirilməsi və təbliğ olunması bu baxımdan böyük əhəmiyyətə malikdir.
İnformatika kafedrasının dosenti Şəhla Hüseynzadə “Beşinci nəsil kompüter texnologiyaları” mövzusunda məruzə etdi. Bildirdi ki, V nəsil kompüterlər Suni İntellekt istifadəsinin başlanğıcıdır. V nəsil kompüterlərin məqsədi çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla yanaşı, keyfiyyətcə yeni funksional tələblərə, o cümlədən sözlə, bilik bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməkdir.
Sonda fakültənin tələbəsi Vüsalə Musayeva “ Süni intellekt” mövzusunda təqdimatla çıxış etdi.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az