Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da tələbələr arasında şou-debat keçirildi
SDU-da tələbələr arasında şou-debat keçirildi
Oktyabrın 13-də SDU-da universitetin Tələbə Gənclər Təşkilatının və Debat klubunun birgə təşkilatçılığı ilə “Sosial şəbəkələr cəmiyyətin inkişafına müsbət təsir göstərir" mövzusunda şou-debat keçirildi.
Tədbirdə tələbələr, debatsevərlər, universitetin Debat qrupunun üzvləri iştirak etdilər.
Şou-debatda Sumqayıt Dövlət Universitetinin TGT sədri Elmin Novruzlu çıxış edərək debatın əhəmiyyətindən və tələbələrimizin müxtəlif debat turnirlərində qazandıqları uğurlardan danışdı.
Universitetin Debat klubunun sədri Anar Qurbanov debatın mövzusunun aktuallığından bəhs edərək bildirdi ki, şou-debatın keçirilməsinin əsas məqsədi tələbələrə debat haqqında ətraflı məlumat vermək, onun mahiyyətini və tələbələrə nə kimi uğurlar qazandıra biləcəyini əyani şəkildə göstərmək, onların gələcək layihə və təlimlərə cəlb olunmasını təmin edərək peşəkar debatçıların yetişdirilməsinə kömək göstərilməsindən ibarətdir. 
Daha sonra “Təsdiq” və “İnkar” komandaları “Sosial şəbəkələr cəmiyyətin inkişafına müsbət təsir göstərir" mövzusunda debata başladılar.
Sonda iştirakçılar mövzu ilə bağlı öz düşüncə və fikirlərini bölüşdülər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az