Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gənclərin enerji potensialı” mövzusunda dəyirmi masa keçirildi
SDU-da “Gənclərin enerji potensialı” mövzusunda dəyirmi masa keçirildi
Azərbaycan İES-nin I enerji bloku 1981-ci ilin 20 oktyabrında Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bu hadisə ilə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələ başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 №-li Sərəncamı ilə 20 Oktyabr ‒ Energetiklərin Peşə Bayramı Günü kimi qeyd edilir. Bu münasibətlə 19 oktyabrda Sumqayıt Dövlət Universitetinin Gənc alimlər şurasının təşkilatçılığı ilə “Gənclərin enerji potensialı” mövzusunda dəyirmi masa təşkil olundu.
Tədbiri giriş sözü ilə açan Gənc alimlər şurasının sədri Xəyalə Muğamat gənc energetikləri peşə bayramı münasibətilə təbrik etdi və ölkəmizdə energetikanın inkişafında gənclərin mühüm xidmətlərindən bəhs etdi.
Sonra SDU-nun Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının dosenti Xəyalə Əliquliyeva miniatür alternativ enerji mənbələri haqqında məlumat verdi. Alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə həm qiymətli yanacağa (neft, qaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağın üsullarından bəhs etdi. SDU-nun Ekektromexanika kafedrasının doktorantı Raqif ƏzizovMüasir dövrdə energetikanın inkişaf yolları və alternativ enerji mənbələrindən istifadə üsulları” mövzusunda məruzə etdi.
SDU-nun Bərk cisim və yarımkeçiricilər fizikası kafedrasının doktorantı Aysel Qəribli Azərbaycanda energetika sənayesinin inkişafında Heydər Əliyevin xidmətləri haqqında məlumat verdi və qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi və hazırda Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təklükəsizliyinin təminatçılarından birinə çevirmişdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az