Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə Almaniyanın Brandenburq Texnologiya Universiteti arasında görüş keçirildi
SDU ilə Almaniyanın Brandenburq Texnologiya Universiteti arasında görüş keçirildi
Oktyabrın 18-də Sumqayıt Dövlət Universiteti ilə Almaniyanın Brandenburq Texnologiya Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsinin detallarının müzakirəsinə dair onlayn formatda görüş keçirildi.
Görüşdə universitetlər arasında əməkdaşlığın ilkin mərhələsi olan birgə nəşrlər, konfrans və simpoziumların keçirilməsi və tələbə mobilliyi istiqamətində mübadilə proqramlarının təşkili məsələləri müzakirə olundu. SDU-nun  tələbələrinin Brandenburq Texnologiya Universitetində həm Avropa Birliyinin maliyyələşdirdiyi, həm də universitetin özünün təşkil etdiyi mübadilə proqramlarında iştirakının mümkünlüyü bildirildi. Eyni zamanda Sumqayıt  Dövlət Universitetinin AB Erasmus+CBHE (yeni bacarıqların əldə olunması) layihələrində Brandenburq Texnologiya Universiteti ilə tərəfdaşlıq imkanları barəsində danışıldı.
Qeyd edək ki, onlayn formatda keçirilən görüşdə SDU-nun rektorunun müşaviri dosent Zəfər Hüseynov, Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Brandenburq Texnologiya Universitetindən Metalkəsən dəzgahlar kafedrasının müdiri professor Silviya Simon və həmin universitetin doktorantı İlqar Abbasov iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az