Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fiziklər Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Fiziklər Zəfər Günü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Hərbi Qənimətlər Parkı xalqımızın qürur mənbəyidir. Park İkinci Qarabağ müharibəsində ordumuzun gücünü, işğalçı Ermənistanın isə sarsıdıcı məğlubiyyətini özündə əks etdirir. 44 günlük Vətən müharibəsi minilliklərlə tarixi olan Azərbaycan xalqının hərb salnaməsinə yazılmış ən şanlı qələbədir.
Zəfər Günü ərəfəsində Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin bir qrup müəllim və tələbəsi qələbəmizin ildönümü münasibətilə Hərbi Qənimətlər Parkını ziyarət etdilər. Tələbələr 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla yaxından tanış oldular. Hərbi Qənimətlər Parkına ziyarət tələbələrdə Vətən müharibəsində qazanılan tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşatdı.
Qeyd edək ki, açıq səma altında salınan parkda düşməndən hərbi qənimət kimi götürülən 300-dən çox eksponat: hərbi avtomobillər, tanklar, toplar, raket qurğuları, eləcə də silah-sursat və s. nümayiş olunur. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə, düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri ̶ Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az