Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun şəhid məzunu Saleh Qurbanovun 40 mərasimində xatirəsi yad edilib
SDU-nun şəhid məzunu Saleh Qurbanovun 40 mərasimində xatirəsi yad edilib
Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin bir qrup əməkdaşı fakültənin şəhid məzunu Saleh Qurbanovun 40 mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhid Saleh Qurbanovun şərəfli döyüş yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi şücaətdən danışdılar, müəllimləri Saleh Qurbanovla bağlı xatirələrini bölüşdülər.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi veteranı Saleh Qurbanov 1990-cı il aprelin 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. O, 2020-ci ilin sentyabr‒noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az