Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kitab sərgisi tələbələrin marağına səbəb oldu
Kitab sərgisi tələbələrin marağına səbəb oldu

Hər bir ölkədə elmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində əvəzsiz rolu olan kitab xalqın mənəvi sərvətidir, onun tarixidir. Kitab bilik mənbəyidir, kitab ağlın, savadın, səviyyənin güzgüsüdür.  Bu kəlam illərdən süzülüb gəlsə də nəinki aktuallığını itirmir, əksinə, həyatımızın, təhsilimizin şüarına çevrilir. İnsan oxuduğu kitablarla kamilləşir, ucalır. Buna görə də biz bildiklərimizə görə kitablara borcluyuq. Bu sərvəti gələcək nəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların və digər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərin yayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsinin yüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.
Bu gün ölkəmiz kitab oxumağa, mütaliəyə çox böyük önəm verir. Hər yerdə kitab sərgiləri, yarmarkaları təşkil edilir, gəncliyin zəngin dünyagörüşlü, yüksək intellektə malik yetişməsi üçün hər şərait yaradılır.
Bu məqsədlə də oktyabrın 9-da universitetimizin foyesində Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxanasının əməkdaşları “Mütaliə ili” ilə əlaqədar səyyar sərgi təşkil etdi.
Sərgidə kitabxanın xidmət şöbəsinin müdiri Nailə Əsgərova qeyd etdi ki, bu gün ölkəmizin elmi, tarixi, ədəbiyyatı və mədəniyyətinə dair zəngin informasiyaları əks etdirən Azərbaycan, rus və ingilis dillərində 230-a yaxın kitab və çap məhsulu nümayiş olunur.
Belə  sərgilərin təşkili universitet tələbələri  arasında kitaba marağın daha da artmasına, asudə vaxtınlarını səmərəli keçirməsinə, mütaliə vərdişlərinin inkişaf etdirilməsinə və kitabxanalara daha çox oxucunun cəlb edilməsinə şərait yaradır.
Sərgi tələbələr tərəfindən böyük maraqla qarşılandı.

 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az