Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin İşçi qrupunun türkiyəli mütəxəssislərlə görüşü keçirildi
“İnnovasiya Yaradıcılıq Mərkəzi”nin İşçi qrupunun türkiyəli mütəxəssislərlə görüşü keçirildi
Oktyabrın 24-də Sumqayıt Dövlət Universitetində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun üzvləri: SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov və Elmi hissənin müdiri dosent Samir Orucov ilə Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı və TUBİTAK-ın məsul əməkdaşları ‒ Startap yaradıcılığı üzrə Beynəlxalq mentorlar: dosent Dəniz Vuruşkan, dosent Hakan Özkaynak və memarlıq mütəxəssisi Fırat Birkan Aslan bəy arasında “ZOOM” üzərindən müşavirə görüşü keçirildi. Görüşdə yeni yaradılacaq İYM-nin memarlıq baxımından məqsədəuyğun xarici görünüşü, daxili sahələrinin inşaat planları və onun tikintisi ilə bağlı müvafiq məsələlər müzakirə olundu. Tərəflər sözügedən istiqamətdə görülən işlərin hesabatını və gələcəkdə nəzərdə tutulan işlərin planlarını müzakirə etdilər. Tədbir zamanı SDU-da İYM-nin tikinti işlərinin mərhələli şəkildə qurulması və bu mərkəzin texniki baxımdan səmərəli fəaliyyət göstərməsi ilə bağlı məsələlər müzakirə edildi, geniş prezentasiyaların təqdimatı keçirildi.   
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az