Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetin əməkdaşı Şahmar Abdullayevin 75 illik yubileyi qeyd olundu
Universitetin əməkdaşı Şahmar Abdullayevin 75 illik yubileyi qeyd olundu
Bu gün Sumqayıt Dövlət Universitetinin baş mühasibi Şahmar Abdullayevin anadan olmasının 75 illik yubileyi qeyd olunur. Bu münasibətlə universitetin rektoru professor Elxan Hüseynov Şahmar Abdullayevi qəbul edərək, onu 75 illik yubileyi münasibətilə təbrik etdi və ona cansağlığı arzuladı.
Şahmar Abdullayevin universitetdəki uzunmüddətli fəaliyyətini yüksək qiymətləndirən rektor baş mühasib işinin böyük məsuliyyət tələb etdiyini qeyd etdi. Çıxışının sonunda Şahmar Abdullayevə uzunmüddətli səmərəli fəaliyyətinə, universitetin ictimai işlərində fəal iştirakına görə və anadan olmasının 75 illik yubileyi münasibətilə Fəxri fərman və mükafat təqdim etdi.
Çıxış edənlər onun nəcib insani keyfiyyətlərə malik bir şəxs olduğunu bildirdilər və yubilyarla bağlı xoş xatirələrini bölüşdülər.
Sonda Şahmar Abdullayev ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Bir daha hörmətli Şahmar Abdullayevi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayırıq!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az