Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələr Sumqayıtın Tarixi Muzeyinə ekskursiya etdilər
Tələbələr Sumqayıtın Tarixi Muzeyinə ekskursiya etdilər
Sumqayıt şəhərinin Tarixi Muzeyi 2 noyabr 1967-ci ildə yaradılmışdır. 9 ekspozisiya zalından ibarət muzeyin ümumi sahəsi 2680 m2-dir. Muzey ekspozisiyasının mövzusu XVI əsrdən başlayaraq bu günümüzə qədər xronoloji ardıcıllığa əsaslanır. Muzeyin əsas fondunda 15000 eksponat mühafizə olunur.
Muzeyin yaranmasının ildönümü ərəfəsində Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi dekan müavini Fəridə Cəbrayılovanın rəhbərliyi ilə Sumqayıtın Tarixi Muzeyinə ekskursiya ediblər.
Sumqayıt şəhərinin yaranması haqqında tələbələrə ətraflı məlumat verən muzey əməkdaşı Nərmin Kərimli daha sonra tələbələri ekspozisiya zalında yerləşən və şəhərin ərazisini əks etdirən maket, saxsı və mis qablardan ibarət guşə ilə tanış edib.
Tələbələr eləcə də, muzeyin ikinci mərtəbəsində yerləşən böyük ekspozisiya zalında Sumqayıtda inşaat, ilk müəssisələr, quruculuq işləri, səhiyyə və mədəniyyət ocaqları, əmək qabaqcılları haqqında əks olunan məlumatlarla tanış olublar.
Sumqayıtlı Milli qəhrəmanlar haqqında guşə və şəhidlərə həsr olunan “Ulduz axını” abidəsi tələbələrin böyük marağına səbəb olub, onlar eyni zamanda “Heydər Əliyev  və Sumqayıt” adlı guşədə   Ulu öndərin Sumqayıt səfərləri ilə bağlı sənədləri və fotoşəkilləri maraqla izləyiblər. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az