Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elmi kitabxanasında “8 Noyabr - Zəfər Günüdür” adlı tədbir keçirildi
SDU-nun Elmi kitabxanasında “8 Noyabr - Zəfər Günüdür” adlı tədbir keçirildi
Noyabrın 3-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında “8 Noyabr - Zəfər Günüdür ” adlı tədbir keçirildi.
Tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, Elmi kitabxananın müdiri Nailə Əmrahova, Azad Həmkarlar İttifaqının sədri Nemət İbayev, Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi dosent Samir Kərimli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı və tələbə heyəti iştirak etdi.
Əvvəlcə dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq Zəfər bayramı münasibətilə xalqımızı təbrik etdi, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbə qazanan, qanları ilə tarix yazan Azərbaycan əsgərinin şücaətindən danışdı. Bildirdi ki, noyabrın 8-də uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir.
Dosent Elmar Xəlilov həmin müharibədə sağlamlığını itirən qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət dilədi. Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını vurğuladı.
Elmi kitabxananın müdiri Nailə Əmrahova, eləcə də Tarix və onun tədrisi metodikası kafedrasının müəllimi dosent Samir Kərimli çıxış edərək milli dövlətçilik tariximizdən, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyətindən danışdılar və bildirdilər ki, bu gün xalqımız böyük Qələbənin xoşbəxtliyi və sevincini yaşayır.
Elmi kitabxananın əməkdaşları: Ülkər Ramazanova “Vətən sizə oğul dedi”, Turan Məmmədova “Zəfər tarixi – zəfər yürüşü ” mövzularında çıxış etdilər. 
Filologiya fakültəsinin III kurs tələbələri: Humay İsayeva “Murovun o üzü də vətəndir ”, Nərmin Qardaşxanlı isə “Xudayar ” şeirlərini səsləndirdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az