Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun fakültələrində 8 Noyab – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi
SDU-nun fakültələrində 8 Noyab – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirildi
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 03.12.2020-ci il tarixli 2314 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının icrasını təmin etmək məqsədilə noyabr ayından başlayaraq Sumqayıt Dövlət Universitetinin fakültələrində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Riyaziyyat, Fizika və elektroenergetika, Kimya və biologiya fakültələrində  keçirilən tədbirlərdə fakültə  dekanları çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qarabağın azad edilməsi uğrunda apardığı Vətən müharibəsində qazanılan Zəfərin böyük tarixi-siyasi əhəmiyyətindən danışdılar. Bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Rəşadətli Ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azad etdi. Bu Böyük Zəfərdən sonra Prezident cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. 
Çıxış edən natiqlər Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin xalqımıza böyük sevinc yaşatdığını, uzun illər davam edən həsrətə son qoyduğunu və onu qalib xalqa çevirərək  Vətənimizin qüdrətini, siyasi, iqtisadi, hərbi və humanitar gücünü bütün dünyaya sübut etdiyini qeyd etdilər.
Fakültələrdə keçirilən tədbirlərdə tələbələrin ifalarında vətənpərvər ruhlu şeirlər səsləndirildi, Zəfər yolunu əks etdirən videoçarx nümayiş olundu. 
Qeyd edək ki, Kimya və biologiya fakültəsində “Zəfər Günü” adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə fərqlənən tələbələr tədbirdə öz yazdıqları şeirləri səsləndirdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az