Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Zəfər Günü”nə həsr edilmiş şahmat yarışı keçirildi
SDU-da “Zəfər Günü”nə həsr edilmiş şahmat yarışı keçirildi
Noyabrın 4-ü Sumqayıt Dövlət Universitetində universitetin və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirildi.
Tədbirdə öncə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov iştirakçıları salamladı, onlara uğurlar arzu etdi. Qeyd etdi ki, Böyük Zəfərlə əlaqədar universitetdə müxtəlif müsabiqə və yarışlar keçirilməkdədir.
Prorektor Ulu öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi, idmana göstərdiyi diqqət və qayğıdan bəhs edərək qeyd etdi ki, hazırda bu siyasət layiqincə davam etdirilir. Prezident cənab İlham Əliyevin məharəti, qətiyyəti, ağıllı siyasəti sayəsində hazırda Azərbaycan idmanı özünün yüksəliş dövrünü yaşayır. Cənab Prezidentin böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır.
Dosent Elmar Xəlilov vurğuladı ki, idmana qayğı siyasətinin nəticəsi olaraq SDU-da nəinki tələbələrin, həm də əməkdaşların fiziki sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində məqsədyönlü kompleks tədbirlər həyata keçirilir və bugünkü yarış buna əyani sübutdur.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 8 komanda iştirak etdi. Nəticədə, Riyaziyyat fakültəsinin komandası I yerə, Filologiya fakültəsinin komandası II yerə, Mühəndislik fakültəsinin komandası isə III yerə layiq görüldülər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az