Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da rektorluğun növbəti iclası keçirildi
SDU-da rektorluğun növbəti iclası keçirildi
Noyabrın 14-də Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti  iclası keçirildi.
SDU-nun rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək  iştirakçıları salamladı, gündəlikdə olan məsələləri nəzərə çatdırdı, universitetin tədris-elmi fəaliyyəti üzrə inkişafından və Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə hazırlıq işlərindən danışdı.
2022-2023-cü tədris ilinin payız semestrində keçirilmiş I kollokviumun nəticələri və II kollokviuma hazırlıq barədə Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov çıxış etdi. Bildirdi ki, kollokviumların keçirilməsi tələbələrin imtahanlara hazırlaşmalarına köməklik məqsədi daşıyır, bu istiqamətdə kollokviumlar üzrə suallar əvvəlcədən tələbələrə verilir və onların keçirilməsinə ciddi nəzarət olunur.
Faiq Şirinov I kollokviumda qeyri-müvəffəq qiymət alan tələbələrlə fərdi qaydada iş aparılması və onların növbəti kollokviuma ciddi hazırlaşmalarının təmin edilməsinin kafedra müdirlərinə və fənn müəllimlərinə, həmçinin  II kollokviumun təşkilinə, eləcə də keçirilməsinə nəzarətin fakültə dekanlarına tapşırıldığını diqqətə çatdırdı.
Sumqayıt Dövlət Universiteti üzrə 2022-2023-cü tədris ilinin 2-ci yarısında nəzərdə tutulan akkreditasiyanın keçirilməsi barədə Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova məlumat verdi. Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” fakültə dekanları, kafedra müdirləri və digər struktur rəhbərləri tərəfindən diqqət mərkəzində saxlanıldığını və yeni qaydalara uyğun olaraq Akkreditasiya üzrə özünütəhlil komissiyasının Təşkilat komissiyası adlandırıldığını nəzərə çatdırdı.
Rektor professor Elxan Hüseynov iclasın gedişatında nəzərə çatdırdı ki, SDU-da cari tədris ilinin II semestrində gözlənilən akkreditasiyaya hazırlıq məqsədilə Elm və Təhsil Nazirliyinin 30 sentyabr 2022-ci il tarixli Kollegiyasının qərarına uyğun olaraq, institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları bütün struktur rəhbərləri tərəfindən diqqətlə öyrənilsin və hazırlıq işlərinə başlanılsın.
İclasda Sumqayıt Dövlət Universitetində keçiriləcək akkreditasiya prosesinin işinə nəzarət Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az