Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşımız “Erasmus Village” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib
Əməkdaşımız “Erasmus Village” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib
Noyabrın 11-də Qlobus Biznes Mərkəzində Erasmus Tələbə Şəbəkəsi Azərbaycan təşkilatı tərəfindən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Azərbaycanda Milli Erasmus+ ofisi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Həmkarlar Komitəsi (AHK) və Erasmus+ Gənclik üzrə Azərbaycanda Məlumat Mərkəzinin tərəfdaşlığı ilə “Erasmus village” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə ATM-lərin, QHT-lərin, gənclər təşkilatlarının, diplomatik nümayəndəliklərin təmsilçiləri və tələbələr iştirak ediblər.
Açılış mərasimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri İlham Hümbətov, Azərbaycanda Milli Erasmus+ Ofisinin müdiri Pərviz Bağırov, Erasmus+ Gənclik və AHK üzrə Azərbaycanda Məlumat Mərkəzinin rəhbəri Ramiz Əliyev, Erasmus Tələbə Şəbəkəsinin Azərbaycan üzrə rəhbəri Əli Tağıyev çıxış ediblər.
Daha sonra “ATM-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsində yeni çağırışlar və imkanlar” mövzusunda dəyirmi masa, “Xaricdə təqaüdlə təhsil üzrə dövlət proqramları” və “Xaricdə təqaüdlə təhsil üzrə beynəlxalq proqramlar” mövzusunda sessiyalar təşkil olunub.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva iştirak edirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az