Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Təqvimdə Fibonaççi” adlı tədbir keçirildi
Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Təqvimdə Fibonaççi” adlı tədbir keçirildi
Noyabrın 23-də Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Təqvimdə Fibonaççi” adlı tədbir keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi.
Tədbiri giriş sözü ilə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova açaraq, Sumqayıt Dövlət Universitetinin kollektivini 60 illik yubiley münasibətilə təbrik etdi və bildirdi ki, keçən 60 il ərzində Sumqayıt Dövlət Universiteti bir çox tarixi nailiyyətlərə imza atıb. Gündən-günə inkişaf edən, möhkəmlənən maddi-texniki bazası, kadr potensialı, yüksək texnologiyaların son nailiyyətləri ilə təhciz olunan auditoriyalar, laboratoriyalar və tədris kabinetləri, elektron kitabxana, müasir standartlara cavab verən tədris metodları, nəzəriyyə ilə təcrübənin kəsişmə nöqtəsi olan mərkəzlər, tələbələrin asudə vaxtının səmərəli təşkilinə təkan verən idman qurğuları, “Tələbə evi”, tarixlə müasirlik arasında körpü olan kompleksləri ilə SDU şəhər içərisində bir şəhərdir.
Dosent Xalidə Həsənova “Təqvimdə Fibonaççi” adlandırılan bu tədbirin keçirilməsinin maarifləndirici məqsəd daşıdığını bildirərək bu günün önəmi haqqında qısa məlumat verdi. O, bildirdi ki, bugün burada “Fibonaççi” adlı intellektual oyun da keçiriləcək. Oyunun keçirilməsinin əsas məqsədi tələbələrin riyaziyyat sahəsi üzrə istedad və qabiliyyətlərini, dünyagörüşlərini, intellektual bilik səviyyələrini inkişaf etdirmək və bu kimi bilik yarışlarına olan maraqlarını daha da artırmaqdan ibarətdir.
Tədbirdə tələbələrin hazırladığı “Fibonaççi ardıcıllığı”na həsr olunmuş təqdimatlar və səhnəciklər nümayiş olundu. Bu ardıcıllığın tarixi, istifadə sahələri, sənətdə və musiqidə yeri haqqında maraqlı məlumatlar verildi.
Daha sonra tələbələr arasında “Fibonaççi” adlı intellektual bilik yarışına start verildi.
Sonra universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək tədbir haqqında öz təəssüratlarını bölüşdü, belə yarışın tələbələrin riyaziyyat fənninə marağının artırılmasına, istedadlı gənclərin aşkara çıxarılmasına xidmət etdiyini bildirərək onlarda elmi motivasiya hissini gücləndirəcəyinə və gələcək uğurlara istiqamətləndirəcəyinə əminliyini bidirdi və yarışının qaliblərinə diplomlar təqdim etdi.
Tədbirdə respublikamızın tanınmış incəsənət xadimləri və digər gənc sənətçilər ifaları ilə SDU kollektivini təbrik etdilər.
Qeyd edək ki, bu gün riyaziyyatsevərlər tərəfindən məşhur italyan riyaziyyatçısı Leonardo De Pizzanın kəşfi olan “Fibonaççi ardıcıllığı”nın ilk elementlərinə əsasən 11-ci ayın 23-ü tarixində qeyd olunur. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az