Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsinin davamlılığı çərçivəsində keçirilən tədbirdə iştirak ediblər
SDU-nun əməkdaşları ERASMUS+EQAC layihəsinin davamlılığı çərçivəsində keçirilən tədbirdə iştirak ediblər
Noyabr ayının 22-dən 24-dək Azərbaycan ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (ERASMUS+EQAC) layihəsinin davamlılığının təmin olunması məqsədilə Bakı Biznes Universitetində tədbir təşkil edildi. Tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, layihənin müəllifi Gülşən Bayramova, Gəncə Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə, eləcə də yerli və xarici universitetlərin Təhsildə Keyfiyyət Təminatı üzrə mütəxəssisləri,Türkiyənin Dokkuz Eylül Universitetindən İlgi Karapınar, Böyük Britaniyanın Middlesex Universitetindən Corc Dafoulas, İspaniyanın Jean Universitetindən Cakinto Lombardo, İtaliyanın Tuscia Universitetindən Pavel Malizenkov, Polşanın İqtisad Universitetindən Xarina Çiça iştirak etdilər.
Xarici ekspertlər Ali təhsil müəssisələrində keyfiyyət təminatının rolu və Avropa universitetlərində daxili keyfiyyət təminatı sistemi haqqında təqdimatlarla çıxış edərək iştirakçıları ən yaxşı Avropa təcrübəsi ilə tanış etdilər.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Keyfiyyət Təminatı şöbəsinin müdiri baş müəllim Nərmin Həsənova, ERASMUS+EQAC layihəsinin SDU tərəfindən meneceri Tarix və onun tədrisi metodikası kafedrasının baş müəllimi Samirə Məmmədova təmsil etdilər.
Qeyd edək ki, 2015-ci ildən SDU-da Qiymətləndirmə və Keyfiyyətə Nəzarət bölməsi rektor professor Elxan Hüseynovun müvafiq əmri ilə yaradılmışdır. Yüksəkixtisaslı kadr potensialının inkişaf etdirilməsi milli təhsil sisteminin əsas hədəfidir. Kadr potensialının artırılması dövlət tərəfindən tələb olunan beynəlxalq rəqabətə uğurlu inteqrasiya üçün dövlət prioritetidir. Buna görə də ölkədə keyfiyyətli təhsilin inkişafına nail olmaq üçün beynəlxalq standartlara cavab verən yeni təhsil islahatları və strategiyaları yaradılmışdır. Layihənin davamlılığının təmin olunması, təlim-tədris prosesində keyfiyyətin artırılması və keyfiyyətin yeni metodlarla ölçülməsi məqsədilə 2021-ci ildən SDU-nun rektorunun növbəti əmri ilə Qiymətləndirmə və Keyfiyyətə Nəzarət bölməsi yenidən təşkil edilərək Təhsildə Keyfiyyət Təminatı şöbəsi kimi fəaliyyətini davam etdirir. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az