Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru “Code Academy” nin nümayəndələrini qəbul etdi
SDU-nun rektoru “Code Academy” nin nümayəndələrini qəbul etdi
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov “Code Academy”nin nümayəndələrini qəbul edərək onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi. Ölkəmizdə gənclərin hərtərəfli inkişafına, sağlam və təhsilli formalaşmasına xüsusi önəm verildiyini vurğulayan rektor  qeyd etdi ki, Elm və Təhsil Nazirliyi ilə “Code Academy” tədris müəssisəsinin birgə uğurla həyata keçirdiyi “Code for Future” layihəsi  tələbələrin daha da hazırlıqlı olmasına, onların mövcud bazar iqtisadiyyatına və tələblərə uyğun formalaşmasına dəstək verir. Sumqayıt Dövlət Universitetində bu gün əmək bazarına cavab verən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu layihələr gerçəkləşir. Həmçinin tədris prosesində əldə edilən bilgilərin təcrübədə tətbiqi – bu, Sumqayıt Dövlət Universitetinin əsas hədəfidir.
Professor Elxan Hüseynov onu da vurğuladı ki, 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universiteti yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir.
“Code Academy”nin əməkdaşı Fərid Məmmədli çıxış edərək Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə universitetin bütün professor-müəllim heyətini təbrik etdi, xoş arzularını çatdırdı. Layihənin tələbələr üçün önəmindən danışdı və gənclər üçün proqramlaşdırma sahəsində geniş imkanlar və perspektivlər yaratdığını dedi və layihə çərçivəsində görülən işlərdən danışdı. Bildirdi ki, 2021-ci ildən etibarən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Code Academy” tədris müəssisəsinin birgə uğurla həyata keçirdiyi  “Code for Future” layihəsinin gələn ildən Sumqayıt Dövlət Universitetində də icrasına başlanılacaq. Bu layihəyə qoşularaq tələbələrinə geniş imkanlar açan Sumqayıt Dövlət Universiteti “Code for Future” layihəsinin icrası üçün universitet daxilində özəl tədris otaqlarının hazırlanması və tələbələrin layihəyə qəbulu üçün Code Academy ilə əməkdaşlığa başlayır.
O da vurğulandı ki, pilot olaraq icrasına başlanılan layihə Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birbaşa dəstəyi sayəsində uğurla genişlənməkdə davam edir və 2023-cü ildən etibarən təkcə Bakıda deyil, həmçinin regionlarımızda təhsil alan tələbələrin faydalanması üçün daha böyük miqyasda tətbiq olunması planlaşdırılır. Layihənin regionlarda genişlənməsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin xüsusi dəstəyilə Technest təqaüd proqramı çərçivəsində həyata keçirilir.İnformasiya texnologiyaları sahəsində universitetlərin 3-cü və 4-cü kurslarında təhsil alan tələbələrin xüsusi imtahan və seçmə prosesi əsasında qəbul olduqları bu layihə yeni dünyanın peşələrini əmək bazarına uyğun şəkildə tədris etməklə, tələbələrin iş həyatına daha sürətli inteqrasiya olunmalarına dəstək xarakteri daşıyır.
Görüş qarşılıqlı  müzakirə şəklində davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az