Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələri tələbələrlə görüş keçirdi
SDU-da “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələri tələbələrlə görüş keçirdi
Dekabrın 2-də “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin nümayəndələri Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşdü.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq qonaq və iştirakçıları salamladı, bildirdi ki, Azərbaycanda gənclərlə iş dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir. Bu gün dövlətin və cəmiyyətin inkişafında gənclərin yaxından iştirakının şahidi oluruq. Gənclərimiz ictimai və siyasi baxımdan olduqca fəaldır. Bu istər dövlət, istər özəl, istərsə də QHT sektorunda özünü aydın göstərir. Sevindirici və qürurverici haldır ki, dövlətin idarəetmə və qanunvericilik infrastrukturlarındakı uğurlu layihələrdə gənc imzaların sayı gündən-günə artır. Bu gün ölkənin müxtəlif bölgələrində gənclər evi, mərkəzləri fəaliyyət göstərir və onların idarəçiliyi gənclərə həvalə olunur. Dövlətin gənclər strategiyasına uyğun olaraq, bu cür məkanların istifadəsi, müxtəlif qurum və QHT-nın fəaliyyəti gənclərin gələcək hədəflərinin, ambisiyalarının seçilməsinə xidmət edir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu kimi tədbirlərin reallaşdırılması gənclərin maariflənməsinə, vətənimizin inkişafı üçün ictimai fəallıqlarının artırılmasına, onların cəmiyyətin təkamülü ilə bağlı tədbirlərdə məhsuldar iştiraklarına müsbət təsir etməklə yanaşı, gənclərin intellektual inkişafına və onlarda müstəqil düşüncə tərzinin formalaşmasına, təhsil və karyeralarında sərbəst seçim etmələrinə də mühüm təsir göstərir.
GMD-nin baş katibi Aynurə Salmanlı çıxış edərək iştirakçıları salamladı, “Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi” nin fəaliyyət istiqaməti, həyata keçirdiyi layihələr və birliyə qoşulmağın yolları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 30 avqust 2012-ci ildə təsis edilmiş birlik fəaliyyətə başladığı ilk gündən elmi, mədəni, sosial inkişafı rəhbər tutub və gənclərin sosial işlərdə hüquqlarının təmsil və müdafiəsinə daim dəstək göstərib. GMD ictimai birliyi gənclərin istənilən mövzuda müraciətlərinə xüsusi diqqətlə yanaşıb. Həyata keçirilən bir çox layihə gənclərin təklif və ideyaları əsasında reallaşdırılıb. “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən maliyyələşdirilir və hər layihədə öz dəstəyini açıq şəkildə göstərir.
Görüşdə interaktiv müzakirələr aparıldı və tələbələrin sualları cavablandırıldı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az