Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Debat klubunun komandası qalib oldu
SDU-nun Debat klubunun komandası qalib oldu
BANM-ın təşkilatçılığı ilə (BANM Debat və Psixologiya klubları) debat üzrə universitetlərarası yarışma başa çatıb. Finalda UNEC-in "Oxutmuram, əl çəkin" komandası SDU-nun "İnkarın toqquşması" komandası ilə qarşılaşdı.
UNEC komandasının təsdiq, SDU komandasının isə inkar olduğu finalda qalib nəticələrə əsasən SDU-nun "İnkarın toqquşması" komandası birinci oldu.
Turnirin sonunda hər iki komandaya dəyərli hədiyyələr, kubok və sertifikatlar təqdim edildi.
Qeyd edək ki, turnirdə SDU-nu təmsil edən “İnkarın toqquşması” komandasının hər üç spikeri “Ən yaxşı natiq” nominasiyasına layiq görüldü.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az